Dünya

“Sərhədsiz Həkimlər”: “Tibb işçiləri Qəzzada yaralıları narkozsuz əməliyyat etmək məcburiyyətində qalıblar”

Sharing is caring!


Qəzza zolağında həkimlər Fələstin-İsrail münaqişəsinin eskalasiyasına görə yaralanan mülki şəxsləri narkozsuz əməliyyat etmək məcburiyyətindədirlər.

Bu barədə “Sərhədsiz Həkimlər” Beynəlxalq Humanitar Təşkilatının Qüdsdəki missiyasının rəhbəri Leo Kans məlumat verib.

Onun sözlərinə görə, həkimlər ağrıkəsici maddələrin və morfinin düzgün dozası olmadan əməliyyatlar aparmaq məcburiyyətində qalıblar.

“Təəssüf ki, yaralananlar arasında çoxlu uşaqlar var. Həkimlərimizdən biri ilə danışdım, bir gün əvvəl bədən səthinin 60%-i yanıq xəsarəti alan 10 yaşlı xəstəni qəbul etmişdi, onun üçün ağrıkəsici yox idi”, – deyə o bildirib.

Kans qeyd edib ki, Qəzza zolağında həkimlərin anesteziya dərmanlarından əlavə, ilk yardım dəstləri və cərrahi dəstlərə ehtiyacı var.

Yeri gəlmişkən, Qəzza Səhiyyə Nazirliyi bildirib ki, Qəzza zolağındakı bütün xəstəxanalarda elektrik generatorları üçün ehtiyat yanacaq tükənib. Ümumilikdə 12 xəstəxana və 32 tibb mərkəzi hücumlar və yanacaq çatışmazlığı səbəbindən sıradan çıxıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir