Dünya

“Formula-1”: Ferstappen 50-ci qələbəsini qazanıb, Hemilton və Lekler diskvalifikasiya olunublar

Sharing is caring!


“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” pilotu Lyuis Hemilton və “Ferrari”dən Şarl Lekler ABŞ Qran-prisindən sonra diskvalifikasiya olunublar.

Bu barədə yarışın rəsmi “X” hesabı məlumat yayıb.

Qurum hər iki sürücünün texniki qayda pozuntusuna görə kənarlaşdırıldığını bildirib.

“Red Bull”dan Maks Ferstappen ABŞ-dakı turnirin qalibi olmaqla Qran-prilərdə 50-ci qələbəsini qazanıb. Yekun sıralamada “McLaren”dən Lando Norris ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir