Dünya

Meksikada həyəcan təbili çalındı: Əhaliyə evlərindən çıxmamaları tapşırıldı

Sharing is caring!


Meksikanın Baja Kaliforniya yarımadasını “Norma” qasırğasının vurması gözlənilir.

Bu səbəbdən vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Baja Kaliforniyanın hökumət rəsmisi Viktor Manuel Kastro 3-cü kateqoriyada olan və sürəti saatda 195 kilometrə çata bilən “Norma” qasırğası ilə bağlı insanlara xəbərdarlıq edib.

“Heç kim evini tərk etməməlidir”, – deyə o bildirib.

Həmçinin Baja Kaliforniya turizm naziri Maribel Kollina qeyd edib ki, bütün xəbərdarlıqlara baxmayaraq bölgədə hələ də təxminən 40 min turist qalıb.

Eyni zamanda hava limanlarının da bağlanacağı bildirilib.

Qeyd edək ki, 3-cü kateqoriyalı qasırğa binaların strukturuna zərər verə bilər və divarlar çökə bilər. Böyük ağacları və lövhələri aşıra bilən bu qasırğa zamanı küləyin sürəti saatda 178-209 km-ə çata bilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir