Dünya

Yuri Malaşko: “Rusiyanın nəzarətində olan ərazilərdən ukraynalıların üçüncü ölkə vasitəsilə köçü başlayıb”

Sharing is caring!


“Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərindən sakinlərin üçüncü ölkə vasitəsilə köçü başlayıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.

O, ərazinin minalanmasını da vurğulayıb.

“Bütün cəbhə boyu heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Rusiya tərəfi öz növbəsində işğal altında qalmış ərazilərdəki Ukrayna vətəndaşlarının keçidinə icazə vermir. Biz insanların üçüncü ölkələr vasitəsilə digər ərazilərimizə keçməsinə çağırış edirik. Bu yolla gələn insanlar da var”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir