Dünya

İsveçdə yenə Quran yandırılacaq

Sharing is caring!


İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momika şənbə günü yeni analoji nümayiş keçirməyi planlaşdırır.

Yeni tədbirin Stokholmda keçiriləcəyi bildirilir.

“Əgər Belçikadakı terror hücumu hansısa şəkildə Quranın yandırılması ilə bağlıdırsa, bu, mənim məsuliyyətim deyil”, – Momika bəyan edib.

Xatırladaq ki, oktyabrın 16-da Belçikanın paytaxtında futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Belçika prokurorları Brüssel hücumunun İsveçdə Quranın yandırılması ilə əlaqəli olub-olmadığını araşdırırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir