Dünya

Britaniyalı parlamentari hökuməti Azərbaycanın minatəmizləmə ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb

Sharing is caring!


Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord London hökumətini Azərbaycanın minatəmizləmə ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb.

“Report” xəbər verir ki, “Dayanıqlı İnkişaf məqsədlərinə dair müzakirələr”də çıxış edən deputat ötən ilin mayında Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu bildirib.

O, ərazilərin minalardan təmizlənməsi nəticəsində təhsil, məşğulluq, ən əsası insanların öz evlərinə qayıda bilməsi üçün imkan yarandığnı qeyd edib.

M.Offord ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, bir sıra digər sahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsiri vurğulayıb.

Deputat Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir