Dünya

Argentinalı dünya çempionu dopinqə görə ikiillik cəzalandırıldı

Sharing is caring!


Argentina millisinin üzvü Alexandro Qomes ikiillik futboldan uzaqlaşdırılıb.

Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İtaliyanın “Monza” klubunun üzvünün dopinq testi müsbət çıxıb. Romanonun yazdığına görə, onun keçən il Qətərdə keçirilən dünya çempionatından öncə verdiyi testin nəticəsi pozitiv olub.

Alexandro Qomesin cəza səbəbindən karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, bu yay İspaniyanın “Sevilya” klubundan ayrılan futbolçu Argentina yığmasının heyətində dünya çempionu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir