Dünya

Fransada saxta bomba hədələri ilə bağlı 18 nəfər saxlanıldı

Sharing is caring!


Fransada son günlər saxta bomba təhdidlərinin artması səbəbindən 18 nəfər saxlanılıb.

Bu barədə Fransanın BFMTV kanalında ölkənin daxili işlər naziri Gerald Darmanin məlumat verib.

Nazirin sözlərinə görə, son 48 saatda saxta bomba təhdidləri ilə bağlı 18 nəfər nəzarətə götürülüb.

Gerald Darmanin qeyd edib ki, əksəriyyəti yetkinlik yaşına çatmayan bu şəxslər hakim qarşısına çıxarılıb və bu istiqamətdə axtarışlar davam edir.

Xatırladaq ki, son günlər Fransada məktəb, muzey və hava limanı kimi bir çox ictimai yerlər saxta bomba təhdidləri səbəbindən boşaldılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir