Dünya

Türkiyə XİN rəhbəri: “Blinkenlə bazar ertəsi görüşəcəyik”

Sharing is caring!

“ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zəlzələdən əvvəl planlaşdırılmışdı”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Blinken fevralın 19-da regiona gələcək, sonra Ankaraya yollanacaq.

“Bazar ertəsi (20 fevral – red.) görüşlərimiz olacaq. Biz ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və Ukraynadakı müharibə, əlbəttə ki, ön plana çıxacaq. Görüşdən sonra keçirdiyimiz mətbuat konfransında lazımi məlumatları çatdıracağıq”, – deyə XİN rəhbəri bildirib.

Çavuşoğlu həmçinin zəlzələdə göstərdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etdiklərini də bildirib və Blinkenin əlavə kömək üçün daha iki dəfə zəng etdiyini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir