Dünya

David Vanabo: “Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara dəstək verir”

Sharing is caring!


“Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara dəstək verir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo bildirib.

O bildirib ki, Fransa manipulyasiyalar həyata keçirir.

“Biz təklif edirik ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq təşkilatlara müraciət etsin”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir