Dünya

Misir Qəzza zolağına humanitar dəhliz açacaq

Sharing is caring!


Misir Qəzza zolağı ilə sərhəddə humanitar yardımların daşınması üçün dəhliz açacaq.

Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Bayden razılığa gəliblər. Humanitar yardım daşıyan yük maşınları Rəfah nəzarət-keçid məntəqəsindən keçəcək. Sektor tərəfdən isə onları BMT nümayəndələri qarşılayacaq.

Razılaşma ilə bağlı məlumatı Misir prezidentinin sözçüsü Əhməd Fəhmi də təsdiqləyib. Lakin çatdırılmaların dəqiq nə vaxt başlayacağını açıqlamayıb.

Co Baydenin sözlərinə görə, əvvəlcə 20 yük maşını Qəzza sərhədini keçəcək, lakin bu, oktyabrın 20-dən tez baş verməyəcək. Çünki ilk növbədə hava hücumları nəticəsində zədələnmiş yollar təmir olunmalıdır.

ABŞ prezidenti vurğulayıb ki, humanitar yardım gecikdirilərsə və ya HƏMAS terror təşkilatının silahlıları tərəfindən müsadirə edilərsə, onların çatdırılması dərhal dayandırılacaq. Əgər HƏMAS müdaxilə etməsə, Misirdən müntəzəm olaraq humanitar yardımlar gəlməyə başlayacaq.

Öz növbəsində İsrailin Baş naziri Binyamin Netanyahunun Ofisindən bildirilib ki, İsrail tərəfi Misirdən gələn humanitar yardımlara mane olmayacaq, ancaq bir şərtlə ki, bu yardım Qəzza zolağının cənubunda həyata keçiriləcək və HƏMAS yaraqlılarının əlinə keçməyəcək.

Mənbə: DW.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir