Dünya

Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi: “Fransa müstəmləkəçilik siyasətini gizlədir”

Sharing is caring!


“Qvadelupa xalqının mübarizəsi Fransanın müstəmləkəçilik siyasətini gizlətməsi ilə çətinləşir”.

“Report” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Qaston Samüt mətbuat konfransında bildirib.

“Onlar elə təəssürat yaratmağa çalışırlar ki, Qvadelupa və Martinika çox inkişaf etmiş regionlardır. Amma reallıq budur ki, gənclərimiz hazırda işsizdirlər. İşsizlik ucbatından narkotik aludəçisi olurlar. Maraqlıdır ki, Fransadan gələn qonaqlar asanlıqla iş tapırlar, yerli əhali isə işsizlikdən əziyyət çəkir”.

Sammitdə vurğulanıb ki, Qvadelupa və Martinikada fransızlar yüksək vəzifələr tutur, lakin yerli əhalinin nümayəndələri aşağı vəzifələrdə qalırlar.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir