Dünya

Polşada kişi özünü maneken kimi göstərərək ticarət mərkəzini qarət etdi – FOTO

Sharing is caring!


Varşavada şəhərin ən böyük ticarət mərkəzlərindən birində özünü maneken kimi göstərən və mağazalar bağlandıqdan sonra bir neçə mağazadan oğurluq edən şəxs saxlanılıb.

Verilən məlumata görə, müşahidə kameralarında naməlum kişinin dəhlizlərdə və mağazalarda dolaşdığını görən mühafizəçilər polisə müraciət ediblər. O, mağazalar bağlanmazdan əvvəl vitrinlərin birinin yaxınlığında dayanıb və özünü maneken kimi göstərib. Onun əlində çanta olub.

Ziyarətçilər və satıcılar ticarət mərkəzini tərk etdikdən sonra oğru lombarda gedib və vitrindəki bütün qızıl-zinət əşyalarını götürüb. Daha sonra o, bağlı olan bardan yemək və içki götürərək, univermağın içində dolaşmağa davam edib. Kişi geyim mağazasının pancurlarından keçərək təzə paltar geyinib. Lakin həmin an oğrunu təhlükəsizlik əməkdaşları görüblər.

Bara gedərkən 22 yaşlı gənc mühafizəçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Oğrunun üzərində zinət əşyalarından əlavə, külli miqdarda pul da tapılıb (ehtimal olunur ki, o, mağazaların birinin kassasını boşaldıb). Onu 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir