Dünya

BMT Qəzzada xəstəxanaya zərbə endirilməsi ilə bağlı araşdırma aparacaq

Sharing is caring!


“BMT Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq”.

Bu barədə “CNN” telekanalına Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits məlumat verib.

“BMT şübhəsiz ki, öz araşdırmasını aparmaq istəyəcək. Bunu çox tez bir zamanda etmək lazımdır”, – deyə o, bildirib.

Qriffits həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə və mülki infrastruktura qarşı hava hücumlarını qadağan edir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında danışıb. O bildirib ki, Rusiya “Əl-Əhli” xəstəxanasına hücumun obyektiv araşdırılmasına çağırış edir.

Mənbə: ТАSS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir