Dünya

Britaniyanın məşhur mətbuat orqanları HƏMAS-a dəstək verdikləri üçün müxbirlərini işdən çıxardılar

Sharing is caring!


Britaniyanın BBC media korporasiyası Yaxın Şərqdə fəaliyyət göstərən altı müxbirinin işinə son verib.

Həmçinin jurnalistlərin İsrailə qarşı müharibədə HƏMAS radikal qruplaşmasına dəstək ifadə verdikləri sosial media paylaşımlarına görə də daxili araşdırmaya başlayıb.

Bu barədə “Financial Times” nəşrində yazı dərc edilib.

Qəzet müəyyən edib ki, bəzi müxbirlər hətta yaraqlıların hücumları və öldürülənlərin cəsədləri ilə bağlı video-foto paylaşımlarına “bəyən” işarəsi də qoyublar.

“The Financial Times”ın yazdığına görə, həmçinin Britaniyanın “The Guardian” qəzeti də 40 ildir qəzetlə əməkdaşlıq edən məşhur karikaturçu Stiv Bell ilə müqaviləni yeniləməmək qərarına gəlib. Buna səbəb isə onun İsrailin Baş naziri Binyamin Netanyahunun karikaturunu çəkməsi olub. 

Karikaturçunun sözlərinə görə, “The Guardian”ın müqaviləni yeniləməmək qərarı onun üçün zərbə olub.

“The Guardian” tam şəkildə mənim karikaturumu dərc etməmək hüququna malikdir, lakin o bunun üçün tamamilə uydurulmuş və yalan səbəblərdən istifadə etməməlidir. Baş verən hər şey bu çətin, lakin vacib mövzunun müzakirəsinə mane olur”, – deyə Stiv Bell Britaniyanın yəhudi qəzeti “Jewish Chronicle”a verdiyi müsahibəsində bildirib.

Mənbə: “Financial Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir