Dünya

Qüdsdə xəstəxananın ərəbəsilli işçilərindən gözlənilməz addım, köməyə gənclər gəldilər – VİDEO

Sharing is caring!


Qüdsdə (Yerusəlimdə) yerləşən Hadassah Tibb Mərkəzinin baş direktoru xəstəxananın təmizlik işçilərinin əksəriyyətinin işə çıxmadığını bildirib.

O bu barədə sosial şəbəkələrdə paylaşım edib.

“Təxmin etdiyiniz kimi, xəstəxananın ərəb işçiləri artıq HƏMAS terrorçuları ilə həmrəylik nümayiş etdirirlər. Bununla əlaqədar xəstəxananın təmizlik işləri gecikib”, – deyə o qeyd edib.

Xəstəxananın direktoru əlavə edib ki, yalnız könüllülərdən ibarət “Bnei Akiva” gənclər hərəkatından olan şəxslərin təşəbbüsü ilə xəstəxanada səliqə-sahman yaratmaq mümkün olub.

“Bu videonu da onlar çəkib. Biz birlikdə qalib gələcəyik!” – deyə Tibb Mərkəzinin baş direktoru vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir