Siyasət

Deputat şikayətləndi: “Qəzetlər can verib, kitab oxuyan yoxdur”

Sharing is caring!

Milli Məclisin iclasında deputat Aqil Abbas Azərbaycanda nəşriyyatların vəziyyətindən və kitab oxuyanların sayından şikayət edib. 

Oxu.Az-ın məlumatına əsasən, Aqil Abbas deyib ki, nəşriyyatlar can verir. 

“Artıq qəzetlər də can verib”, – deyə o əlavə edib. 

Deputat qeyd edib ki, indi Azərbaycanda nə qəzet, nə də kitab oxuyan var:

“Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik”. 

Aqşin Kərimov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir