Dünya

“Bremen musiqiçiləri”nin bəstəkarı vəfat edib

Sharing is caring!


89 yaşında sovet və rus bəstəkarı, məşhur film və televiziya filmlərinin, cizgi filmlərinin və müziklların musiqilərinin müəllifi Gennadi Qladkov vəfat edib.

Bu barədə onun köməkçisi və meneceri Malik Aminov məlumat verib.

“Gennadi İqoreviç bu gün vəfat edib, vidalaşma yeri və tarixi hələ müəyyən edilməyib, qohumlarla əlaqə saxlayırıq”, – deyə M.Aminov bildirib.

Qeyd edək ki, Gennadi Qladkov “Bremen musiqiçiləri” cizgi filminə bəstələdiyi musiqi ilə şöhrət qazanıb. Onun musiqiləri 110-dan çox filmdə səslənib. Onların arasında “Körpə və Karlson”, “Uğur centlmenləri”, “On iki stul”, “Adi  möcüzə”, “Sevgi formulu”, “Cümə axşamı yağışdan sonra” və bir çox başqaları var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir