Dünya

Putin: “Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq”

Sharing is caring!


“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, bu, tamamilə fərqli bir müharibə olacaq”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalındakı “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

O, jurnalistin xahişi ilə ABŞ Konqresi komissiyasının nüvə qarşıdurması variantını nəzərə almaqla həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə hazırlaşmaq tövsiyəsini şərh edib.

“Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, – o bildirib.

Putin əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir:

“Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma biz sülh istəyirik”, – dövlət başçısı qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir