Dünya

Fransada məktəbə bıçaqlı hücum: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!


Fransanın Arras şəhərində məktəbə bıçaqlı hücum olub.

Bu barədə polisdəki mənbədən xəbər verilib.

Bildirilir ki, hücum nəticəsində bir müəllim həlak olub, bir neçə nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Fransanın daxili işlər naziri Jerald Darmanin məktəbdə baş verən insidenti təsdiqləyib. Onun sözlərinə görə, orada polis əməliyyat keçirib və cinayətkar saxlanılıb. İddialara görə, hücum edən şəxs ərəbcə dini şüar səsləndirib.

Bundan başqa, hücumçunun qardaşının da saxlanıldığı bildirilib.

Hadisədən sonra şəhərdəki bütün təhsil müəssisələri bağlanıb.

Bir gün əvvəl İsrail hakimiyyəti dünyadakı həmvətənlərinə və yəhudilərə HƏMAS-ın 13 oktyabr cümə günü elan etdiyi “qəzəb günü” (və ya “cihad günü”) ilə bağlı xəbərdarlıq edib.

Mənbə: BFMTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir