İdman

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Sharing is caring!


Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb.

Federasiyadan verilən məlumata görə, ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.

Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıblar. Bu qrupda mübarizəyə bu gün start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir