Dünya

Pentaqonun rəhbəri İsrailə səfər edib – VİDEO

Sharing is caring!


ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu gün İsrailə səfər edib. O, İsrailin yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Ostin HƏMAS-ın hücumundan sonra İsrailə səfər edən ikinci yüksəkrütbəli ABŞ rəsmisi olub.

Xatırladaq ki, dünən İsrailə ABŞ-nin dövlət katibi Antoni Blinken səfər edib.

Ostinin baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail hərbi kabineti ilə görüşəcəyi gözlənilir.

Qeyd olunur ki, Pentaqonun rəhbəri, həmçinin İsrailə verilən Amerika silahlarının necə istifadə edildiyini öz gözləri ilə görəcək.

Mənbə: The Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir