Dünya

İsrail Livanın cənubuna iki raket atıb

Sharing is caring!


İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi ölkənin cənubunda Livanın Ən-Naqura şəhərinə doğru iki raket atıb.

Bu barədə Livanın “Al Wataniya” milli agentliyi məlumat yayıb.

Verilən məlumata görə, İsrailin kəşfiyyat təyyarələri də Ən-Naqura üzərində vəziyyətə nəzarət edir. Agentlik “Dəmir Qübbə”nin niyə işə salınması ilə bağlı məlumat vermir.

Xatırladaq ki, daha əvvəl cümə günü səhər saatlarında İsrail ordusunun “Qaley SAXAL” radiosu, yəhudi dövlətinin hava sərhədlərinin Livan ərazisindən pozula biləcəyinə dair şübhələrə görə, İsrailin şimalına iki tutucu raket atdığını bildirib. İsrailin hava məkanına daxil olduğu iddia edilən obyekt qonşu dövlətə qayıdıb. İsrail Müdafiə Ordusu hələlik hadisə ilə bağlı heç bir şərh verməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir