Dünya

İsrail ordusundan yeni uğurlu əməliyyat: HƏMAS liderlərindən biri saxlanıldı

Sharing is caring!


İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahili istiqamətində əməliyyat həyata keçirib və bölgənin şimalında yerləşən Cenin şəhərinə daxil olub.

Bölgədəki şahidlərin verdiyi məlumata görə, geniş tərkibdə İsrail hərbi qüvvəsi bir çox nöqtədən  şəhərə giriş edib.

İsrail ordusu basqının qarşısını almaq istəyən fələstinli gənclərə həqiqi və rezin güllələrdən istifadə etməklə cavab verib. İki qrup arasında yaranan gərginlik sonradan silahlı qarşıdurmaya çevrilib.

Şahidlərin sözlərinə görə, İsrail hərbi qüvvələri şəhərdən ayrılmazdan əvvəl HƏMAS-ın liderlərindən biri olan Xalid əl-Həcci saxlayıb və nəzarət altına alıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir