Dünya

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Sharing is caring!


Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib.

Məlumata görə, Qahirə altı saatlıq humanitar fasilə elan etməyi təklif edir. Bildirilir ki, Misir ABŞ ilə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir.

Qeyd olunur ki, Misirin humanitar təşkilatları İsrailin atəş təhlükəsi səbəbindən Rəfahda keçidin dayandırılması ucbatından hazırda Qəzza zolağına humanitar yardım göndərə bilmir. Xüsusilə Misir Qızıl Aypara Cəmiyyəti fələstinlilər üçün tibbi ləvazimat, dərman və ərzaq da daxil olmaqla, təcili yardım karvanı hazırlayıb, lakin hələlik onu çatdırmaq mümkün deyil.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir