Dünya

ÜST-dən çağırış: “Təcili peyvənd olunun”

Sharing is caring!


COVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusdan və mövsümi qripdən qorunmayan hər kəsi, xüsusilə risk qrupuna daxil olan şəxsləri təcili peyvənd almağa çağırıb.

Bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.

“Həm COVID-19, həm də mövsümi qripdən qorunmayan insanlar, xüsusən də ən həssas və risk altında olan insanlar peyvəndlə bağlı istənilən təklifi qəbul etməlidirlər”, – Mətbuat Xidməti qeyd edib.

Təşkilat əlavə edib ki, peyvənd həmişə aktual olaraq qalır və tənəffüs yolları yoluxucu infeksiyalarının qarşısını almaq və fəsadlarını azaltmaq üçün vacibdir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir