Dünya

Yaxın Şərqdə qanlı toqquşmalar: İtkilərlə bağlı SON MƏLUMATLAR

Sharing is caring!


Ötən şənbə günü – oktyabrın 7-də Fələstinin Qəzza zolağından İsrailə raket zərbələri endirməsi ilə başlayan qarşıdurmada ölən və xəsarət alanlar haqqında son məlumat açıqlanıb.

İrsail tərəfindən ölənlərin sayı 700 nəfəri ötüb. İsrailin cənubunda musiqi festivalına gələn ən azı 260 ziyarətçi ölü tapılıb. Bundan başqa, ümumilikdə xəsarət alan israillilərin sayı 2382 nəfərə çatıb.

Qeyd edək ki, yüksək rütbəli zabitlər də daxil olmaqla 100-dən çox israillinin əsir götürüldüyü bildirilir.

Fələstin tərəfindən isə 436 nəfərin öldüyü, 2271 nəfərin yaralandığı barədə məlumat verilir.

Mənbə: RİA Novosti “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir