Dünya

Dünya Bankı “Doing Business”in əvəzinə “Business Ready” layihəsinə start verir

Sharing is caring!


Dünya Bankı 2021-ci ilin sentyabrında ləğv edilmiş “Doing Business” illik hesabatını əvəz etmək üçün “Business Ready” qiymətləndirmə layihəsinə başlayır. Bu barədə bankın bazar ertəsi yayılan yazılı bəyanatında deyilir.

Bildirilir ki, Dünya Bankı özəl investisiya, iş yerlərinin yaradılması və məhsuldarlığı təşviq etmək üçün yeni strategiyanın əsas aləti olan qabaqcıl “Business Ready” layihəsi çərçivəsində 180 ölkədə biznes və investisiya mühitinin qiymətləndirilməsinə başlayıb.

Yeni proqram ölkələrdə biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha balanslı və şəffaf yanaşmanı əks etdirir. O, həm Dünya Bankı daxilində, həm də ondan kənarda olan ekspertlərin, o cümlədən hökumətlərin, özəl sektor və ictimai təşkilatların tövsiyələri əsasında formalaşdırılıb.

Məlumata görə, ilk illik “Business Ready” hesabatı 2024-cü ilin yazında dərc olunacaq və Asiya, Afrika, Yaxın Şərq, Avropa və Latın Amerikasının 54 ölkəsini əhatə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir