Dünya

Türkiyə XİN İsraildə baş verən son hadisələrə münasibətini açıqlayıb

Sharing is caring!


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu gün Türkiyə dövləti İsraildə və Fələstində baş verən zorakılıqdan, gərginlikdən dərin narahatdır.

“Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.

Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı davam etdiririk.

Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik” – Türkiyə XİN-nin bəyanatında qeyd olunur.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir