Dünya

Türkiyə lideri: “Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

Sharing is caring!


“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının IV növbədənkənar qurultayına qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində qurutmaq strategiyasını davam etdirəcək:

“Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həll edəcəyik. Yaxın və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik”.

Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət bildirib:

“Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”.

Türkiyə lideri, həmçinin bildirib ki, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində də prezident seçkisində olduğu kimi, əllərindən gələni edəcəklər:

“Xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq. Son dönəmlərdə ölkəmizin üzərində oynanan oyunların uğursuzluğa düçar olması üçün prezident seçkisində əllərindən gələni edən hər bir Türkiyə vətəndaşına, partiyamızın üzvlərinə, Cümhur İttifaqında fəaliyyət göstərən hər bir qardaşımıza könüldən təşəkkür edirəm. Zəlzələ səbəbindən yerlə bir olmuş şəhərlərimizi yenidən quracaq, təbii fəlakətlər səbəbindən yararsız vəziyyətə düşmüş binaları da bərpa edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir