Dünya

ABŞ-li idmançı tarixin ən titullu gimnastı oldu

Sharing is caring!


ABŞ-li gimnast Simona Baylz altıncı dəfə fərdi çoxnövçülükdə dünya çempionu olub.

Bununla o, belaruslu Vitaliy Şerbonu dünya çempionatlarında və Olimpiadalarda medalların sayına görə qabaqlayıb. Baylzın 34, Şerbonun 33 medalı var.

Baylz dünya çempionatında 58,399 bal toplayıb. İkinci yeri braziliyalı Rebeka Andrade (56,766), üçüncü yeri isə ABŞ təmsilçisi Şiliz Cons (56,332) tutub.

26 yaşlı Simona Baylz 2023-cü ildə ikiillik fasilədən sonra idmana qayıdıb. Onun dünya çempionatlarında 21-i qızıl olmaqla 27 medalı var. Simona Baylz dördqat Olimpiya çempionu, həmçinin gümüş və iki dəfə bürünc mükafatçıdır.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir