Dünya

Fransada başlayan taxtabiti təhlükəsi Türkiyə sərhədinə çatdı

Sharing is caring!


Fransada başlayan taxtabiti təhlükəsi Yunanıstanda da getdikcə artır.

Bu barədə Yunanıstan Taxtabitlərini Dərmanlama Şirkətləri Birliyinin (SEAME) sədri Yorgos Lambru Yunanıstan Radio və Televiziya Təşkilatı ERT-yə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, ölkə üzrə xüsusilə turizm bölgələrində tez-tez müşahidə olunan taxtabitilər səbəbilə həyəcan təbili çalınır.

Taxtabitilərin baqaj və ictimai nəqliyyat vasitəsi ilə asanlıqla yayıla biləcəyinə diqqət çəkən Lambru bu böcəklərin otellərdə, düşərgələrdə və mənzillərdə də görüldüyünü bildirib.

Onun sözlərinə görə, xüsusilə yay aylarında artan taxtabiti təhlükəsi getdikcə kəskinləşir və əhalinin sağlamlığına mənfi təsir göstərməməsi üçün dərman vasitələrində diqqətli olmaq zəruridir.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransanın demək olar ki, hər yerində rast gəlinən taxtabitilərlə bağlı narahatlıqlar artıb, bu həşəratlar hətta məktəblərdə də ortaya çıxıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir