Dünya

Rusiyada qorxulu xəstəliklə əlaqədar minlərlə donuz yandırıldı – VİDEO

Sharing is caring!


Rusiyanın Primorsk diyarında Afrika taununun yayılması səbəbindən təxminən beş min donuz yandırılıb.

Bu barədə Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası məlumat yayıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır.

Qeyd edək ki, klassik donuz taunu  – donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

Virus insanlar üçün təhlükə yaratmır, lakin insanlar infeksiyanın daşıyıcısı ola bilərlər. Afrika donuz taunu bu xəstəliyin daha təhlükəli növüdür.

Mənbə: PrimaMedia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir