MARAQLI

Beş metr uzunluğunda nəhəng piton ovçuları belə heyrətə gətirdi – FOTO

Sharing is caring!


Floridada (ABŞ) ovçular 90 kiloqram ağırlığında nəhəng tünd pələng pitonunu tutublar.

Bildirilir ki, bu, ştatda indiyədək aşkar edilmiş ən böyük ilandır.

Beş metr uzunluğunda olan pitonun tutulmasına beş nəfərdən ibarət qrup cəlb edilib. İlanın mədəsində maral qalıqları tapılıb.

Tünd pələng pitonları Floridada invaziv bir növdür. Onlar yerli fauna üçün təhlükə yaradır, çünki onlar iri heyvanları yeyə bilir, bununla da ekosistemi dəyişir və biomüxtəlifliyi pozur.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir