Dünya

Vinisius Junior Mbappenin “Real Madrid”ə keçməsini istəmir

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius Junior Kilian Mbappenin transfer edilməsinin əleyhinədir.

Məlumata görə, braziliyalı oyunçu mümkün keçiddən sonra ikinci plana düşəcəyindən narahatdır. Vinisiusun fikrincə, Mbbappe transferi onun “Qızıl top”u qazanmaq şansını azaldacaq.

23 yaşlı futbolçu fransalı ilə bağlı razılıq əldə olunacağı halda “Real Madrid”dən ayrıla bilər.

Qeyd edək ki, bu yay Mbappenin “kral klubu”na keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, yekunda o Fransa PSJ-sində qalıb. 24 yaşlı oyunçunun Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir. Madrid klubuna transferin gələn ilin yayında reallaşması istisna edilmir.

Mənbə: todofichajes.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir