Cəmiyyət

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Sharing is caring!


Bakıda və Abşeron yarımadasında dekabrın 14-də axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 14-də axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir