Dünya

İran internet azadlığına görə ən pis ölkələrdən biri seçildi – FOTO

Sharing is caring!


İran internet azadlığına görə ən pis ölkələrdən biridir.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Freedom House”un son hesabatından məlum olub.

Bildirilir ki, 2023-cü ildə 100 ballıq şkala üzrə İran 5 balla dünyada internet azadlığına görə 70 ölkə arasında ən pis ölkələrdən biri seçilib.

Hesabatda qeyd olunur ki, İran hökuməti Məhsa Əmininin əxlaq polisi tərəfindən ölümündən sonra bir sıra sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edərək etirazların qarşısını almağa çalışıb.

Buna görə də, dünyada internet azadlığının qiymətləndirilməsində ən böyük geriləmə göstərən ölkə olaraq seçilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir