Cəmiyyət

MM güclü təsir edən maddələr və xüsusilə külli miqdarların siyahısını I oxunuşda təsdiq edib – FOTO

Sharing is caring!


Milli Məclis güclü təsir edən maddələr və onların külli, xüsusilə külli miqdarlarının siyahısını I oxunuşda təsdiq edib.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihədə təklif edilən dəyişikliklər Cinayət Məcəlləsinin 240-cı (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsinə dəyişiklik edilərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə əməllərini xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Qəbul edilmiş bu dəyişikliyin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minməsi nəzərdə tutulub.

Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.

Təqdim edilən qanun layihəsi ilə “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarının Siyahısı” təsdiq edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir