Dünya

Messi 29 nəfərlə mükafat uğrunda yarışacaq

Sharing is caring!


“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi ABŞ MLS-də (Major League Soccer) mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub.

Mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır. Messinin komanda yoldaşı Serxio Buskets də bu ada iddialıdır.

Qaydalara görə, hər bir klub müstəqil olaraq öz oyunçularını liqanın ən dəyərli oyunçusu mükafatına təqdim edir. Mükafata eyni klubdan yalnız iki futbolçu iddia edə bilər.

Mükafatın qalibi MLS klublarının məşqçiləri, futbolçuları, idman direktorları və media nümayəndələri arasında keçiriləcək səsvermənin yekununda məlum olacaq. Seçim oktyabrın 10-da başlanacaq. Qalibin adı ayın 23-də elan ediləcək.

Qeyd edək ki, Messi bu yay Fransanın PSJ klubundan keçdiyi “İnter Mayami”də 12 matçda 11 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. O, MLS-də cəmi dörd matçın iştirakçısı olub, bir qol vurub, iki assist edib.

Mənbə: mlssoccer.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir