Dünya

Qazaxıstandan respublikanı tənqid edən əcnəbilərə qarşı qadağa

Sharing is caring!


Qazaxıstanda ölkə haqqında mənfi fikir səsləndirən əcnəbilərin siyahısı tərtib edilir və nəticədə bu şəxslərin ölkəyə girişi qadağan edilir.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

“Sərhədlər bağlanır və bu şəxs ölkəyə daxil ola bilməyəcək”, – deyə Smadiyarov mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu siyahı qapalı xarakter daşıyır, ona görə də siyahıya daxil edilənlərin adlarını çəkə bilməz. Nazir həmçinin sanksiyalara məruz qalan vətəndaşların sayını da açıqlamaqdan imtina edib.

Mənbə:  MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir