Dünya

İstanbulda dəhşət: Qayalar qoparaq yaşayış evlərinin üstünə düşdü – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib. Belə ki, Beşiktaş bölgəsində qayadan qopan daşlar yuvarlanaraq evlərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə evə çox ciddi ziyan dəyib. Ancaq xoşbəxtlikdən zərərçəkən olmayıb.

Ehtimallara görə, hadisəyə səbəb günlərdir davam edən leysan yağışları səbəbindən torpağın yumşalmasıdır.

Hadisə yerinə səhiyyə, xilasetmə və polis qrupları sövq edilib.

Ətrafda təhlükəsizlik tədbirləri görülüb, qayaların yenidən yuvarlanması ehtimalı ilə bəzi evlərin sakinləri təxliyə edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir