Dünya

Bir aylıq fasilədən sonra Kiyevdə yenidən həyəcan siqnalı verildi – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son günlər Kiyevdə hava siqnalları yenə ardıcıl verilməyə başlayıb:

“Sentyabrın 30-u və oktyabrın 1-i Ukrayna ərazisi Rusiya tərəfindən ən genişmiqyaslı hava və quru hücumlarına məruz qalıb. Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, 150 yaşayış məntəqəsinə Rusiya tərəfindən hücum olub”.

Həmçinin bildirilib ki, sentyabr ayında Ukraynaya rekord sayda dron hücumu olub:

“Rusiya Ordusu tərəfindən Ukrayna ərazisinə 550-dən çox dron buraxılıb. Bu isə müharibə müddətində qeydə alınmış ən rekord saydır. Dronların 80%-dən çoxu isə İran istehsalıdır”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir