İdman

Azərbaycanda qadın basketbol tarixində ilk: Ana və qızı eyni vaxtda meydançaya çıxdılar

Sharing is caring!


Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, Avropa çempionatının (EUROBASKET-2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.

Xatırladaq ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir.

Qeyd edək ki, yığmamız Belçikaya 136:28 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir