Dünya

Misirdə yaşı beş min ildən çox olan şərab tapılıb – FOTO

Sharing is caring!


Misirdə aparılan arxeoloji qazıntılar zamanı mütəxəssislər yüzlərlə gil küp aşkar ediblər. Onların içərisində yaşı beş min ildən çox olduğu ehtimal edilən şərab qalıqları olub.

Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

“Misir, Almaniya və Avstriyadan olan arxeoloji missiya Birinci Sülalədən olan Kraliça Merneitin məqbərəsində yüzlərlə qapalı küp aşkar edib. Onların içərisində şərab qalıqları tapılıb”, – deyə məlumatda bildirilib.

Aşkar edilmiş küplər ölçülərinə görə iri və ağızları sıx şəkildə bağlıdır. Küplərin yanında dəfn üçün nəzərəd tutulan digər əşyalar da aşkarlanıb.

Mənbə: life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir