Dünya

Messi və Ronaldu yenidən bir-birinə qarşı oynaya bilərlər

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Əl-Bilad” qəzetinin jurnalisti Əli Alabdallah iddia edib ki, Çində ABŞ-nin “İnter Mayami” klubu ilə Səudiyyə Ərəbistanının “Ən-Nəsr” komandaları arasında oyun keçirilə bilər.

O bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.

Mənbənin sözlərinə görə, qarşılaşmanı beynəlxalq marketinq şirkətlərindən biri təşkil etmək istəyir.

Bu matçda Lionel Messi və Kristianu Ronaldu da daxil olmaqla ulduz futbolçuların iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, futbolçular artıq 2023-cü ilin əvvəlində bir-biri ilə qarşılaşıblar. O zaman L.Messi hələ PSJ-də oynayırdı və Paris klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının futbolçularından yaradılan Ər-Riyad yığması ilə qarşılaşmışdı. Oyun PSJ-nin 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir