İdman

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Sharing is caring!

Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.

Paytaxt təmsilçisindən “Report”a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir