Dünya

Əkrəm İmamoğlu İstanbul sakinlərini suya qənaət etməyə çağırıb

Sharing is caring!


İstanbul bəndlərində suyun səviyyəsi keçən həftənin əvvəlindəki 25,55%-dən 22,68%-ə düşüb. İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu şəhər sakinlərini suya qənaət etməyə çağırıb.

“Məlumatlarımıza görə, İstanbul özünün ən quraq dövrlərindən birini yaşayarkən, su istehlakı təəssüf ki, bütün zamanların ən yüksək həddinə çatıb. Gündəlik sərfiyyat 3,5 milyon kubmetrdir. Hər bir vətəndaş məsuliyyət daşıyır. Mən qənaətə və israfçılığa son qoymağa çağırıram”, – deyə şəhər meri Əkrəm İmamoğlu bildirib.

Mənbə: Voice of Turkey

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir