Dünya

La Liqa: “Real Madrid” qələbə qazanıb “Barselona”nı geridə qoydu – VİDEO

Sharing is caring!


“Real Madrid” İspaniya La Liqasının VII turunu inamlı qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, “kral klubu” öz meydanında “Las Palmas”a qalib gəlib – 2:0.

Hesabı 45+2-ci dəqiqədə Brahim Dias açıb. 54-cü dəqiqədə isə Xoselu oyunda son nöqtəni qoyub.

Xallarını 18-ə çatdıran “Real Madrid” 17 xalı olan “Barselona”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Las Palmas” beş xalla 17-cidir.

Digər qarşılaşmada “Jirona” səfərdə “Vilyarreal”ı məğlub edib – 1:2. Bu qələbə ilə xallarını 19-a çatdıran “Jirona” liderliyi ələ keçirib.

Bilbao “Atletik”i ilə “Xetafe” arasındakı matçda isə qalib müəyyənləşməyib – 2:2. “Atletik” hazırda 14 xalla dördüncü sıradadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir