Dünya

A Seriyası: “Milan”dan autsayder üzərində əzmkar qələbə – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında VI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Milan” “Kalyari”nin qonağı olub. Qarşılaşma “rossoneri”nin qələbəsi ilə başa çatıb – 1:3.

Oyunda hesabı 29-cu dəqiqədə meydan sahiblərinin heyətində Zito Luvumba açıb. Lakin “Milan” əzmkarlıq göstərə bilib. 40-cı dəqiqədə Noa Okaforun, beş dəqiqə sonra Fikayo Tomorinin, 60-cı dəqiqədə isə Ruben Loftus-Şikin qolları qonaq komandanı qalib edib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Milan” ikinci pilləyə yüksəlib. “Kalyari” isə sonuncu – 20-ci pilləyə düşüb. Komandanın 2 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir