Cəmiyyət

“NomadMania”nın idarəedici tərəfdaşı: “Azərbaycan minatəmizləmə işlərinin öhdəsindən yaxşı gəlir”

Sharing is caring!


“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə fəal məşğul olur və Qarabağda bu təhlükənin öhdəsindən yaxşı gəlir”.

Bunu “Report”a açıqlamasında “NomadMania” qrupunun Qanadan olan idarəedici tərəfdaşı Uilyam Tette bildirib.

“Qarabağın gözəl təbiəti var. Təəssüf ki, bu ərazilər mina və partlamamış hərbi sursatlarla çox çirklənib. Mina terroru çox dəhşətlidir. Ümumiyyətlə, bütün dünyada minalardan istifadənin qadağan edilməsi çox vacibdir. Nəticə etibarı ilə Azərbaycan hökuməti bu təhlükənin öhdəsindən yaxşı gəlir. Lakin bu işdə beynəlxalq dəstək alsaydı, yaxşı olardı”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir